Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ: İran region üçün təhlükədir

İranın son zamanlar apardığı daxili və xarici siyasət beynəlxalq aləmdə ciddi narazılıqla qarşılanır. ABŞ hesab edir ki, İran region üçün təhlükə yaradan addımlarını davam etdirir. 


Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib: “İran yalnız nüvə sənayesindəki irəliləyişinə görə deyil, həm də ballistik raket imkanlarını təkmilləşdirməyə davam etdiyinə görə region üçün təhlükədir. Şübhəsiz ki, biz İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyimizlə bağlı mövqeyimizi dəyişməmişik”. 
Böyük Britaniyanın Xarici İşlər naziri Ceyms Kleverli də deyib ki, İran heç vaxt nüvə silahına malik olmamalıdır: “İran nüvə proqramını daha da genişləndirir. Bu, rejimin qlobal təhlükəsizliyə yaratdığı təhlükənin daha bir sübutudur. Öz xalqına daxildə vəhşicəsinə zülm edən bir rejim, şübhəsiz ki, xaricdəki dost və müttəfiqlərimizi hədələyəcək”.
Qeyd edək ki, rəsmi Tehran uranı yüksək səviyyədə zənginləşdirməyə başladığını açıqlayıb.
ABŞ və İsrail isə regionda Tehranın mümkün hücumuna qarşı birgə təlimlərin keçirilməsi ilə bağlı müzakirə aparıblar. Müzakirə ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli və İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Aviv Koçavi arasında olub. Koçavi Yaxın Şərqdəki təhlükəsizlik təhdidlərini ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla da müzakirə edib və bildirib ki, yaxın həftələrdə İsrail və İran arasında mümkün münaqişəyə hazırlamaq üçün hərbi hava qüvvələrinin birgə təlimlərə başlanması nəzərdən keçirilir.
Noyabrın 23-də ABŞ Maliyyə Nazirliyi İranda etirazların yatırılması ilə bağlı İslam İnqilabı Keşikçiləri Korpusu, “Sepah”, İran Silahlı Qüvvələrinin elit bölmələri və digər hüquq-mühafizə qüvvələrinin üç məmuruna, eləcə də Sənəndəc şəhər hakimiyyət orqanlarıının nümayəndələri Həsən Əsgəri və Əlirza Moradiyə, Qərbi Azərbaycan əyaləti və Məhabad şəhərinin hakimiyyətinin nümayəndəsi Məhəmməd Osanluya qarşı sanksiya tətbiq edib.

 

Paşa ƏMİRCANOV,  “Xalq qəzeti”

 

25 Noyabr 2022 03:19 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
5 Fevral 2023 | 14:48
Musiqi notları necə yaranıb?
5 Fevral 2023 | 01:58
İranın uran yalanı

Köhnə versiyamızdan xəbərləri izlə