Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Süni ətin satışına icazə

ABŞ-ın Kaliforniya ştatında fəaliyyət göstərən “Upside Foods” şirkəti tərəfindən laboratoriya şəraitində süni toyuq əti yetişdirilib və onun satışına müvafiq qurumlar tərəfindən icazə verilib. 


Qeyd edək ki, 2020-ci ilin dekabrında Sinqapurda laboratoriyada istehsal edilmiş proteinin satışına icazə verilib. Həmin vaxt Sinqapur süni ət satışına rəsmən razılıq verən ilk ölkə olub. Ümumiyyətlə, bəzi ölkələrdə inək, donuz, toyuq və digər heyvanlardan alınmış hüceyrələr əsasında süni ət yaradılıb. Alimlər iddia edirlər ki, süni yaradılmış ət eynilə təbii ətin dadını verir, hətta təbii ətdən daha keyfiyyətli və təhlükəsizdir və insan orqanizminə ziyan vermir.
Tədqiqatçılar bu qənaətdədirlər ki, 
2030-cu ildə laboratoriya şəraitində təşkil olunan ət istehsalı canlı heyvanlardan əldə olunan ət istehsalı ilə rəqabət aparacaq hala gələcək, 2040-cı ildə isə dünya ət bazarında süni ətin xüsusi çəkisi 35 faizə çatacaq.
Ekspertlərin fikrincə, hazırda süni ət istehsalının kütləviləşməsinə mane olan əsas səbəb texnologiyaların hələ baha olmasıdır. 

 

25 Noyabr 2022 02:47 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
5 Fevral 2023 | 14:48
Musiqi notları necə yaranıb?
5 Fevral 2023 | 01:58
İranın uran yalanı

Köhnə versiyamızdan xəbərləri izlə