Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№  415  Bakı şəhəri,  21  noyabr  2022-ci il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısı”nın təsdiq edilməsi barədə” 2003-cü il 12 avqust tarixli 106 nömrəli, “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” 2016-cı il 11 iyul tarixli 270 nömrəli, “Dövlət ümumi təhsil müəssisəsini maliyyələşdirmə Normativləri”nin təsdiq edilməsi barədə” 2020-ci il 7 fevral tarixli 33 nömrəli və “Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları”nın təsdiq edilməsi haqqında” 2020-ci il 29 iyul tarixli 270 nömrəli  qərarlarında dəyişiklik edilməsi barədə     
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 535-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il       12 avqust tarixli 106 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 461; 2018, № 10, maddə 2173; 2019, № 3, maddə 516) ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:  
1.1. 5-ci hissədə “məktəblərdə (siniflərdə), internat məktəb-lərində (siniflərində)” sözləri “inteqrasiya təlimli ümumtəhsil məktəblərində (xüsusi siniflərində), inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərində (xüsusi siniflərində), xüsusi ümumtəhsil məktəblərində, internat tipli xüsusi ümumtəhsil məktəblərində” sözləri ilə əvəz edilsin;
1.2. 15-ci hissədə “Bütün tip və növdən olan ümumtəhsil və internat məktəbləri” sözləri “Ümumi təhsil müəssisələri” sözləri ilə əvəz edilsin və həmin hissədən “məktəb nəzdində internat və internat məktəbləri,” və “fərqli tərbiyə şəraitinə ehtiyacı olan uşaq və yeniyetmələr üçün xüsusi məktəblər,” sözləri çıxarılsın.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 270 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, 
№ 7, maddə 1349; 2018, № 3, maddə 612, № 11, maddə 2432; 2019, № 4, maddə 750, № 9, maddə 1550; 2022, № 1, maddə 67) ilə təsdiq edilmiş 3 nömrəli əlavə - “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarına əlavələr”in ikinci sütununda “Ümumtəhsil internat məktəblərində, inteqrasiya təlimli internat tipli təhsil müəssisələrində” sözləri “Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərində, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərində (xüsusi siniflərdə istisna olmaqla), internat tipli sanator ümumtəhsil məktəblərində, internat tipli lisey və gimnaziyalarda” sözləri ilə əvəz edilsin.  
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 fevral tarixli 33 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 184, № 9, maddə 1203) ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsini maliyyələşdirmə Normativləri”ndə aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1.5-ci yarımbəndin ikinci abzasında “ümumtəhsil internat məktəblərində, inteqrasiya təlimli internat tipli təhsil müəssisələrində, xüsusi məktəblərdə və xüsusi internat məktəblərində, inteqrasiya təlimli internat tipli gimnaziya, sağlamlıq imkanları məhdud olan və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün ümumtəhsil internat” sözləri “ümumi təyinatlı internat tipli ümumtəhsil məktəb-lərində, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərində, xüsusi ümumtəhsil məktəblərində və internat tipli xüsusi ümumtəhsil məktəblərində, internat tipli sanator ümumtəhsil” sözləri ilə, “ÜİM” akronimi “ÜTİÜM” akronimi ilə əvəz edilsin;
3.2. 2.1.7-ci yarımbəndin ikinci abzasında, 2.1.8-ci yarımbəndin ikinci, beşinci və altıncı abzaslarında, 2.1.9-cu yarımbəndin ikinci abzasında və 2.1.30-cu yarımbəndin ikinci abzasında “ÜİM” akronimi “ÜTİÜM” akronimi ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 iyul tarixli 270 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 1000; 2022, № 4, maddə 412) ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları”nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. 1.3.6-1.3.12-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
“1.3.6. ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi; 
 1.3.7. internat tipli lisey;
 1.3.8. internat tipli gimnaziya;
 1.3.9. inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi;
1.3.10. inteqrasiya təlimli ümumtəhsil məktəbi; 
1.3.11. xüsusi ümumtəhsil məktəbi;
1.3.12. internat tipli xüsusi ümumtəhsil məktəbi;”;
4.2. aşağıdakı məzmunda 1.3.13-cü yarımbənd əlavə edilsin:
“1.3.13. internat tipli sanator ümumtəhsil məktəbi.”;
4.3. 7-ci hissə üzrə:
4.3.1. adında və 7.1-ci bənddə “Ümumtəhsil internat” sözləri “Ümumi təyinatlı internat tipli ümumtəhsil” sözləri ilə əvəz edilsin;
4.3.2. 7.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin: 
“7.1.3. təhsilalanların məktəbə qəbul tarixinə aşağıdakı kateqoriyalardan olan uşaqları əhatə etməsi:
7.1.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri olan uşaqlar;
7.1.3.2. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;
7.1.3.3. hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan uşaqlar:
7.1.3.3.1. orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər;
7.1.3.3.2. işsiz kimi qeydiyyatda olanlar;
7.1.3.3.3. əmək pensiyası yaşına çatanlar;”;
4.3.3. 7.1.4-cü və 7.1.6-cı yarımbəndlər ləğv edilsin;
4.4. aşağıdakı məzmunda 7-1-ci və 7-2-ci hissələr əlavə edilsin:
“7-1. İnternat tipli lisey üzrə meyarlar
7-1.1. İnternat tipli lisey üzrə meyarlar aşağıdakılardır:
7-1.1.1. ümumi təhsilin ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməsi;
7-1.1.2. tədrisin dövlət standartları və proqramları əsasında təşkili; 
7-1.1.3. müvafiq təmayüllər (humanitar, texniki, təbiət və digər) üzrə tədrisin təşkil edilməsi;
7-1.1.4. istedadlı şagirdlərin müsabiqə yolu ilə müəyyən-ləşdirilərək internat tipli liseyə qəbul edilməsi;
7-1.1.5. fənn olimpiadalarında və beynəlxalq müsabiqələrdə nailiyyət qazanmış təhsilalanların internat tipli liseyə müsabiqə-dənkənar qəbul edilməsi;
7-1.1.6. istedadlı şagirdlərin yerli və beynəlxalq fənn olimpiadalarına və müsabiqələrə hazırlığı üçün mərkəzlərin yaradılması; 
7-1.1.7. ali təhsil müəssisələri və elmi təşkilatlarla əməkdaşlıq layihələrinin həyata keçirilməsi;
7-1.1.8. şagirdlərin yataqxana və yeməklə təmin olunması.
7-2. İnternat tipli gimnaziya üzrə meyarlar
7-2.1. İnternat tipli gimnaziya üzrə meyarlar aşağıdakılardır:
7-2.1.1. ümumi təhsilin ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməsi (incəsənət və idman-şahmat yönümlü internat tipli gimnaziyalar istisna olmaqla);
7-2.1.2. incəsənət və idman-şahmat yönümlü internat tipli gimnaziyalarda ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməsi;
7-2.1.3. tədrisin dövlət standartları və proqramları əsasında təşkili;
7-2.1.4. müvafiq təmayüllər (əsasən humanitar) üzrə tədrisin təşkil edilməsi;
7-2.1.5. əsasən humanitar sahədə istedad və qabiliyyəti ilə fərqlənən təhsilalanların müsabiqə yolu ilə müəyyənləşdirilərək qəbul edilməsi;
7-2.1.6. fənn olimpiadalarında və beynəlxalq müsabiqələrdə nailiyyət qazanmış təhsilalanların internat tipli gimnaziyaya müsabiqədənkənar qəbul edilməsi;
7-2.1.7. istedadlı şagirdlərin yerli və beynəlxalq fənn olimpiadalarına və müsabiqələrə hazırlığı üçün mərkəzlərin yaradılması;
7-2.1.8. ali təhsil müəssisələri və elmi təşkilatlarla əməkdaşlıq layihələrinin həyata keçirilməsi;
7-2.1.9. şagirdlərin yataqxana və yeməklə təmin olunması.”;
4.5. 8-ci hissə üzrə:
4.5.1. adında və 8.1-ci bənddə “təhsil müəssisəsi” sözləri “ümumtəhsil məktəbi” sözləri ilə əvəz edilsin;
4.5.2. 8.1.5-8.1.7-ci və 8.1.12-ci yarımbəndlərdə ismin müvafiq hallarında “təhsil müəssisəsi” sözləri ismin müvafiq hallarında “məktəb” sözü ilə əvəz edilsin;
4.5.3. 8.1.8-ci yarımbəndə “köməkçi” sözündən sonra “və loqopedik” sözləri əlavə edilsin;
4.6. 9-cu hissə üzrə:
4.6.1. adında və 9.1-ci bənddə “ümumi təhsil müəssisəsi” sözləri “ümumtəhsil məktəbi” sözləri ilə əvəz edilsin;
4.6.2. 9.1.5-9.1.7-ci yarım-bəndlərdə ismin müvafiq hallarında “təhsil müəssisəsi” sözləri ismin müvafiq hallarında “məktəb” sözü ilə əvəz edilsin;
4.6.3. 9.1.8-ci yarımbəndə “köməkçi” sözündən sonra “və loqopedik” sözləri əlavə edilsin;
4.7. 10-cu hissə üzrə:
4.7.1. adında, 10.1-ci bənddə, 10.1.1-ci yarımbəndin 4-cü abzasında və 10.1.2-ci yarımbənddə ismin müvafiq hallarında “məktəb” sözü ismin müvafiq hallarında “ümumtəhsil məktəbi” sözləri ilə əvəz edilsin;
4.7.2. 10.1.1-ci yarımbənddə və onun 1-ci, 2-ci, 3-cü, 5-ci, 6-cı, 7-ci abzaslarında və 10.1.3-cü yarımbənddə ismin müvafiq hallarında “məktəblər” sözü ismin müvafiq hallarında “ümumtəhsil məktəbləri” sözləri ilə əvəz edilsin;
4.7.3. 10.1.8-ci yarımbəndə “Azərbaycan” sözündən əvvəl “Əqli və fiziki inkişafında pozuntular olan uşaqlar üçün internat tipli xüsusi ümumtəhsil məktəblərinin rəhbər işçiləri, inzibati-təsərrüfat, tədris-yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları haqqında” sözləri əlavə edilsin; 
4.8. 11-ci hissə üzrə:
4.8.1. adında və 11.1-ci bənddə “Xüsusi internat” sözləri “İnternat tipli xüsusi ümumtəhsil” sözləri ilə əvəz edilsin;
4.8.2. 11.1.1-ci yarımbənddə və onun 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı abzaslarında və 11.1.2-ci yarımbənddə “xüsusi internat” sözləri “internat tipli xüsusi ümumtəhsil” sözləri ilə əvəz edilsin;
4.8.3. 11.1.1-ci yarımbəndin 7-ci abzasına “internat” sözündən sonra “tipli xüsusi ümumtəhsil” sözləri əlavə edilsin;
4.8.4. 11.1.7-ci yarımbəndə “Azərbaycan” sözündən əvvəl “Əqli və fiziki inkişafında pozuntular olan uşaqlar üçün internat tipli xüsusi ümumtəhsil məktəblərinin rəhbər işçiləri, inzibati-təsərrüfat, tədris-yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları haqqında” sözləri əlavə edilsin;
4.9. 12-ci və 13-cü hissələr ləğv edilsin; 
4.10. aşağıdakı məzmunda 
14-cü hissə əlavə edilsin:
“14. İnternat tipli sanator ümumtəhsil məktəbi
14.1. İnternat tipli sanator ümumtəhsil məktəbi üzrə meyarlar aşağıdakılardır:
14.1.1. ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməsi;
14.1.2. tədrisin dövlət standartları və proqramları əsasında təşkili; 
14.1.3. qan-damar sistemində (revmatizm), tənəffüs orqan-larında xroniki qeyri-spesifik xəstəlikləri olan, vərəmin ilkin, sönməkdə olan formalarına tutulan və sağlamlığının bərpasına ehtiyacı olan uşaq və yeniyetmələri əhatə etməsi;
14.1.4. məktəbə şagirdlərin uşaq poliklinikalarının nəzdində təşkil edilmiş ixtisaslı həkim komissiyalarının rəyinə əsasən qəbul olunması;
14.1.5. şagirdlərin tam dövlət təminatında saxlanılması;
14.1.6. ştat sayının “İnternat məktəblərinin, internat tipli liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris-köməkçi və xidmətedici heyətinin nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 23 iyun tarixli 157 nömrəli Qərarı ilə müəyyənləşdirilməsi;
14.1.7. məktəbin fəaliyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 5 may tarixli 176 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasna-məsi”nin tələblərinə uyğun təşkili.”.
 
 
Əli Əsədov,
 Azərbaycan Respublikasının Baş naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə