Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Masallı sakinlərinin qaz təchizatına dair problemləri dinlənilib

“Açıq mikrofon” aksiyalarının keçirilməsində məqsəd qaz təchizatçısı olan “Azəriqaz” İB-nin rəhbərliyinə sizin müraciətlərinizi çatdırmaq və təmaslarımızı intensivləşdirməkdir.

İB-dən "Xalq qəzeti"nə bildirilib ki, bu sözləri Lənkəran qaz istismarı İdarəsinin rəisi Namiq Məmmədov Masallı rayonunda keçirilən “Açıq mikrofon” aksiyasında vətəndaşlarla görüşü zamanı deyib.

İdarə rəisi sakinlərdən aksiyada fəal olmalarını xahiş edib. Bildirib ki, sakinlərin qaldırdığı məsələlər yarana biləcək nöqsanların zamanında aradan qaldırılmasına köməklik göstərir.

Bundan əlavə, Əzizabad kəndindən, Xəlifələr kəndindən, Yeni Zuand kəndindən, Rüdəkəran kəndindən və Nəzəroba kəndindən sakinlər yaşadıqları məntəqələrin təbii qazla təmin olunması üçün Birlik rəhbərliyinə müraciətlərini “Açıq mikrofon”dan ünvanlayıblar.

Rayonun müxtəlif yaşayış məntəqələrindən aksiyada iştirak edən vətəndaşlar müraciətlərini sərbəst şəkildə bildiriblər. Belə ki, sakinlər aksiyada sonradan ödənişli qaz sayğacının (mexaniki tipli) öncədən ödənişli qaz sayğacı ilə (smart-kart tipli) əvəz olunması, qaz sayğacının yerinin dəyişdirilməsi, orta məktəbə təbii qazın açılışının təmin olunması və sair məsələlərlə bağlı müraciətlər də səsləndiriblər.

Ünvanlanan bütün müraciətlər araşdırılması üçün qeydə alınıb.

24 Noyabr 2022 16:58 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə