Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında noyabrın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, səhər bəzi yerlərdə duman, çiskin olacaq.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 9-12° isti, gündüz 13-17° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 1-6° isti, gündüz 7-12° isti olacaq.

24 Noyabr 2022 17:39 - EKOLOGİYA
EKOLOGİYA
26 Noyabr 2022 | 03:27
Hava proqnozu
25 Noyabr 2022 | 02:50
Hava proqnozu
24 Noyabr 2022 | 17:39
Sabahın hava proqnozu
24 Noyabr 2022 | 05:17
Hava proqnozu
23 Noyabr 2022 | 00:19
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə