Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şamaxıda fəaliyyət göstərən ərzaq mağazasında nöqsanlar aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Bu barədə "Xalq qəzeti"nə agentliyin Mətbuat xidmətindən məlumat verilib.

Agentliyin Şamaxı regional bölməsinin əməkdaşları tərəfindən rayonun Şəhriyar qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Sarxanov İldırım Məmməd oğluna məxsus ərzaq mağazasında planlı yoxlama aparılıb.

Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, saxlama yerlərində təmizliyə nəzarətin zəif olduğu aşkar edilib. Həmçinin, üzərində Azərbaycan dilində etiket məlumatları olmayan və yararlılıq müddəti bitmiş məhsulların satışının həyata keçirildiyi müəyyən olunub.

Nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək qeyd olunan mallar satışdan çıxarılıb və müəssisənin rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

AQTA əhalinin sağlam qida ilə təmin olunması sahəsində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.

24 Noyabr 2022 14:27 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə