Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qida məhsullarının saxlanma və daşınma proseslərində qida təhlükəsizliyinə dair tələblərlə bağlı təlim keçirilib

Sahibkarlıq subyektlərinin fəaliyyətinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədi ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən mütəmadi olaraq təlimlər keçirilir.

Bu barədə "Xalq qəzeti"nə agentliyin Mətbuat xidmətindən məlumat verilib.

Növbəti nəzəri-praktiki təlim AQTİ mütəxəssisləri tərəfindən “Veysəloğlu” Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları üçün “Qida məhsullarının saxlanma və daşınma proseslərində qida təhlükəsizliyinə dair tələblər” mövzusunda təşkil edilib.

Təlim zamanı iştirakçılar qida zəncirinin mərhələləri, qida məhsullarının saxlanması və daşınması prosesləri, bu zaman icra edilməli olan təhlükəsizlik qaydaları və qanunvericiliyin tələbləri, eləcə də beynəlxalq təcrübə haqqında ətraflı məlumatlandırılıb. Həmçinin təlimdə qida məhsullarının saxlanması və daşınması zamanı müşayətedici sənədlərin təmin olunması, xəbərdaredici nişanlar və bu proses çərçivəsində tətbiq edilməsi vacib olan digər məsələlər barədə məlumat verilib.

Təlim zamanı iştirakçıların sualları cavablandırılıb və tədbirin sonunda onlara sertifikatlar təqdim edilib.

24 Noyabr 2022 17:15 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə