Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fərid Qayıbov Mingəçevir Dövlət Universitetində gənclərlə görüşüb

“Gənclərlə dialoq platforması” çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov noyabrın 23-də Mingəçevir Dövlət Universitetində gənclərlə görüşüb.

Bu barədə "Xalq qəzeti"nə nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Tələbə-Gənclər Təşkilatının fəaliyyəti, tələbələrin idmana cəlb edilməsi, elmi fəaliyyətin dəstəklənməsi, regionlarda respublika səviyyəli gənclər tədbirlərinin keçirilməsi, ictimai və könüllülük fəaliyyəti barədə fikir mübadiləsi aparılıb. 

Nazir Fərid Qayıbov görüşdə İT yönümlü layihələr, gənclərin ixtisas və peşə seçimi, gənclər üçün qrant proqramları, təlimçilər şəbəkəsinin genişləndirilməsi, gənclərin tədbirlərdə iştiraklarının təmin edilməsi, məşğulluğu, ixtisas və peşə seçimi, kiberidmanın inkişaf etdirilməsi və digər mövzularda gənclərin təklifləri və fikirlərini dinləyib.
Görüşdə Mingəçevir Dövlət Universiteti, Mingəçevir Turizm Kolleci və Mingəçevir Tibb Kollecinin tələbələri iştirak ediblər.

24 Noyabr 2022 16:06 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə