Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Respublika Gənclər Debat Forumu - 2022” layihəsinin final və bağlanış mərasimi keçirilib

“Respublika Gənclər Debat Forumu - 2022” layihəsinin final və bağlanış mərasimi keçirilib. Azərbaycanın 2022-ci il Gənclər paytaxtı olan Tovuz şəhərində keçirilən mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, rəsmi qonaqlar, “Vətən  müharibəsi” qaziləri və debatçı gənclər iştirak ediblər.

Bu barədə "Xalq qəzeti"nə nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Final mərhələsində Bakı şəhərini təmsil edən “Hələ də ehtimal var” (Azərbaycan Memarlıq və İnşaat Universitetinin debat klubu) və Şirvan şəhərini təmsil edən “Megalodon” (Şirvan debat klubu) komandaları debat aparıblar, hakimlərin qərarına əsasən, Bakı şəhərini təmsil edən “Hələ də ehtimal var” komandası qalib elan olunub. Debat Forumun ən yaxşı məşqçisi Nofəl Məmmədov, ən yaxşı hakimi isə Elşən Tağıyev seçiliblər.

Qeyd edək ki, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin aparıcı və ən kütləvi proqramlarından biri olan “Milli Debat Proqramı” respublikanın 45 rayonu və böyük şəhərlərini əhatə etməklə, Bakı şəhəri və 13 regional nümayəndəlik, 60-dan çox debat klubunu özündə birləşdirir. Bu günədək Milli Debat Proqramı çərçivəsində həyata keçirilən layihə, tədbirlərdə 50 000-dən artıq gənc iştirak edib, maariflənib.

24 Noyabr 2022 14:57 - İDMAN
İDMAN
26 Noyabr 2022 | 04:29
Bakıda gimnastika yarışı
25 Noyabr 2022 | 03:05
Bakıda karate turniri

Köhnə versiyamızdan xəbərləri izlə