Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tovuz rayonunda “Region Gənclərinin Məşğulluq Marafonu” keçirilib

Gənclərin məşğulluğu və mövcud potensiallarının reallaşdırılmasının təmin edilməsi məqsədilə Gənclər və İdman Nazirliyi və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə Tovuz rayonunda “Region Gənclərinin Məşğulluq Marafonu” keçirilib.

Bu barədə "Xalq qəzeti"nə nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Tovuz rayon Olimpiya İdman Kompleksində baş tutan marafonda gənclər və idman naziri Fərid Qayıbov,  Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və Tovuz rayon İcra Hakimiyətinin başçısı Məmməd Məmmədov da iştirak ediblər. Nazir Fərid Qayıbov çıxış edərək tədbirin əsas məqsədinin həm də gənclərin fəal məşulluğunu təmin etmək olduğunu qeyd edib. Bunun üçün onların daha da fəal olmağa və marafonda tədqim edilən mövcud imkanları düzgün dəyərləndirməyə çağırıb.

Marafonda gənclərin məşğulluq prosesinə fəal cəlb olunması, işə götürənlərlə gənclərin birbaşa ünsiyyət imkanının yaradılması üçün əmək yarmarkası da təşkil edilib. Yarmarkada 22 müəssisə 214 vakant iş yerini təklif edib.

Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialının təlimçiləri tərəfindən müasir dövrün tələblərinə cavab verən gənc kadrların potensialının gücləndirilməsi istiqamətində “Müasir əmək bazarının tələbləri” və “Effektiv CV/Resume hazırlığı” mövzularında info sessiyalar keçirilib.

24 Noyabr 2022 17:29 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə