Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işləri başlanıb

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Bakı şəhəri, Cəlilabad və Lerik rayonlarının ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Bu barədə "Xalq qəzeti"nə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Araşdırmalarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonunda abadlaşma işləri aparılarkən şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə meşə fonduna daxil olmayan, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Cəlilabad rayonu ərazisində, Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik rayonu ərazisində meşə fonduna daxil olan ümumilikdə 107 ədəd ağacın kəsilməsi nəticəsində ekosistemə 7 min manatdan çox ziyan vurulub.
Fakt üzrə Cinayət Məcəlləsinin 259.1 və 259.2.3-cü maddələri ilə (qanunsuz ağac kəsmə) cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilmiş, həmçinin ziyanın ödənilməsinin təmin ediləsi üçün zəruri tədbirlər görülüb.

24 Noyabr 2022 12:01 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə