Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Bu barədə "Xalq qəzeti"nə nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 31 yanğına çıxış və 9 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 13 nəfər xilas edilib. Həmçinin Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

24 Noyabr 2022 11:09 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə