Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ombudsman Dünya bankının nümayəndələrini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Dünya Bankının Gender Məsələləri üzrə Mütəxəssisi Nato Kurşitaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə "Xalq qəzeti"nə Ombudsmanın Mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı Ombudsman qonağa əsas fəaliyyət istiqamətləri və beynəlxalq əməkdaşlıq sahəsində görülən işlər barədə geniş məlumat verib. Qeyd olunub ki, Ombudsmanın təşəbbüsü ilə gender bərabərliyinin təmin olunması sahəsində məlumatlılığın artırılması ilə bağlı regionlarda geniş maarifləndirmə tədbirləri həyata keçirilməkdədir.

Xüsusilə gənc nəslin gender sahəsindəki biliklərinin artırılmasının vacibliyini vurğulayan Ombudsman Bakı Dövlət Universitetində “Genderə giriş” fənnini tədris etdiyini qonağın diqqətinə çatdırıb.

S.Əliyeva həmçinin qadın məhkumların cəmiyyətdə özlərinə layiqli yer tutmaları üçün cəzaçəkmə müəssisələrində onun də təşəbbüsü nəzərə alınmaqla peşə məktəblərinin fəaliyyətə başladığını bildirib.

Sonda qonaq səmimi qəbula və faydalı fikir mübadiləsinə görə Ombudsmana öz təşəkkürünü bildirib, gələcək əməkdaşlıqla bağlı fikirlərini bolüşüb. 

24 Noyabr 2022 10:42 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə