Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATMU-da YAP-nın 30 illiyi münasibətilə tədbir təşkil olunub

Azərbaycan Turizm və Menecment Universitetində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr olunan  tədbir keçirilib. Dövlət himni səsləndirildikdən, ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra universitetinin rektoru İlham Mədətov çıxış edib.

Rektor ulu öndər Heydər Əliyevin qurucusu olduğu partiyanın 30 il ərzində keçdiyi zəngin və şərəfli inkişaf yolundan, müstəqil Azərbaycan dövlətinin inkişafından danışdı. Qeyd etdi ki, ümummilli lider ən çətin anda Azərbaycan Respublikasının dövlətçiliyinin qurulması məsuliyyətini öz üzərinə götürdü. Yeni Azərbaycan Partiyasının təsis olunduğu gündən xalqın inam və etimadını doğrultduğunu, Cənubi Qafqazın ən böyük siyasi partiyası olaraq tanındığını, dövlətimizin və millətimizin mənafeyini hər şeydən üstün tutduğunu deyib. “Bu gün isə partiya Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni uğurlara imza atır”-- fikrini xüsusu vurğulayıb.

İ.Mədətov cənab Prezident, müzəffər Ali Baş komandan İlham Əliyevin dövlətçiliyin möhkəmləndirilməsi və ərazi bütövlüyünün bərpası istiqamətindəki uğurlu fəaliyyətindən söz açıb.

Tədbirdə ATMU- nun kafedra müdiri, dosent Hafiz Hüseynov “YAP-30 il: Tarixi qələbə və zəfər partiyası”, professor Minəxanım Əsədova “Təhsilin inkişafında YAP-ın rolu”, dosent Günay Qafarova “YAP-ın mədəniyyətin inkişafında rolu” mövzularında məruzələrlə çıxış edərək Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan  Partiyasının ölkənin və cəmiyyətin bütün sahələrinin inkişaf etməsi üçün böyük səy göstərdiyini vurğulayıblar.

Tədbirin gedişində Yeni Azərbaycan Partiyasına üzv olmaq istəyən müəllim və tələbələrin namizədlikləri qeydə alınıb. Rektor İlham Mədətov iştirakçıları təbrik edib və Yeni Azərbaycan Partiyasına fəaliyyətində uğurlar arzulayıb.

 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

24 Noyabr 2022 10:31 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə