Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Komitəsi sədrinin Sabirabadda vətəndaş qəbulu keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həlli istiqamətində müvafiq tədbirlər görülür.

Bu barədə "Xalq qəzeti"nə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

Noyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Saatlı, Sabirabad, İmişli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşların müraciətlərinə baxıb.

Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Sabirabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan qəbulda vətəndaşların Komitənin fəaliyyət istiqamətlərinə uyğun olan müraciətləri cavablandırılıb, qaldırılan məsələlərin həlli ilə əlaqədar müvafiq göstərişlər verilib.

24 Noyabr 2022 09:42 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə