Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gimnastlarımızdan möhtəşəm nailiyyət

Azərbaycan Gimnastika Federasiyasının məlumatına görə, Gürcüstanın paytaxtı Tbilisidə təşkil edilən “II New Look Cup” beynəlxalq turnirində gimnastlarımız uğurlu nəticə qazanıblar. 


Gimnastlarımız 11 qızıl, 9 gümüş və 5 bürünc olmaqla, ümumilikdə, 25 medal qazanıblar.
Bildirilir ki, Gülnar Rəsulzadə, Sara Atakişiyeva və Fatimə Tarverdiyeva hərəsi 3 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bundan başqa, Aylin Yusifli 1 qızıl, 3 gümüş, Güllüzar Şərifova 1 qızıl, 1 gümüş və 1 bürünc, Leyla Əliyeva 2 gümüş, Xəzra Qasımlı, Nərgiz Əliyeva hərəyə 1 gümüş, 1 bürünc, Fatimə Zeynalova və Salma İsmayılova gümüş, Leyla Nemakinа isə bürünc medal qazanıblar.

 

24 Noyabr 2022 06:06 - İDMAN
İDMAN
26 Noyabr 2022 | 04:29
Bakıda gimnastika yarışı
25 Noyabr 2022 | 03:05
Bakıda karate turniri

Köhnə versiyamızdan xəbərləri izlə