Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dəqiq gedişlərlə finişə doğru

 Azərbaycanın Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov, Aydın Süleymanlı və Vüqar Əsədlidən ibarət milli komandası İsraildə keçirilən şahmat üzrə dünya çempionatının qrup mərhələsinin sonuncu, beşinci turunda yarış sahiblərinə 2,5:1,5 hesabı ilə qalib gələrək dörddəbir finalda yoluna davam etmək hüququ qazanmışdır.


İlkin mərhələnin finişində İsrail şahmatçıları ilə matçda yığmamızın qələbəsini Məmmədyarovun Maksim Rodşteynlə, Hüseynovun isə Avital Boruxovski ilə görüşlərdə dəqiq gedişləri təmin etmişdir. Digər iki oyunda Məmmədov Yevgeni Postnı ilə heç-heçəyə razılaşmış, Rəcəbov isə Tamir Nabatiyə uduzmuşdur.
Qrossmeysterlərimizin çıxış etdikləri "B" qrupunda ilk iki yeri hərəyə 7 xal toplayan Özbəkistan və Azərbaycan komandaları tutmuşlar (əlavə göstəricilərə görə özbəklər birinci olmuşlar). Hindistan 6 xalla üçüncü, hərəyə dörd xal qazanan Polşa və İsrail müvafiq surətdə dördüncü və beşinci, ABŞ (2 xal) altıncı nəticə göstərmişlər.
Digər qrupda ən güclü dörd komanda Çin (9 xal), Fransa, İspaniya və Ukrayna ( hərəyə 6 xal) olmuşlar. Hollandiya beşinci yerlə kifayətlənmiş (3 xal), bütün matçlardan məğlub ayrılan Cənubi Afrika Respublikasının şahmatçıları isə sonuncu, altıncı yerdə qalmışlar.
Beləliklə, Qətərdə dünya  çempionatında Səudiyyə Ərəbistanı komandasının Messili Argentina millisinə qalib gələrək (2:1) bütün futbol aləmini heyrətə gətirdiyi və ölkə əhalisinin ürəyindən olan bayram bəxş etdiyi gün İsraildə şahmat mundialının dörddəbir final mərhələsinə vəsiqələri Özbəkistan, Azərbaycan, Hindistan, Polşa, Çin, Fransa, İspaniya və Ukrayna təmsilçiləri qazanmışlar.
Qruplarda turnirlərə yekun vurulduqdan sonra məlum oldu ki, pley-off mərhələsində qrossmeysterlərimizin rəqibi İspaniya komandasıdır. 

 

Oqtay BAYRAMOV,  
“Xalq qəzeti”

24 Noyabr 2022 05:55 - İDMAN
İDMAN
26 Noyabr 2022 | 04:29
Bakıda gimnastika yarışı
25 Noyabr 2022 | 03:05
Bakıda karate turniri

Köhnə versiyamızdan xəbərləri izlə