Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Maltadan da xoş xəbərlər gözləyirik

Azərbaycan Taekvondo Federasiyasından aldığımız məlumata görə, Maltanın paytaxtı Vallettada yeniyetmə taekvondoçular arasında Avropa birinciliyinə start veriləcək.
 

Bildirilir ki, 4 gün davam edəcək yarışda ölkəmizi 17 idmançı təmsil edəcək. 
Avropa birinciliyində baş məşqçi Rəşad Məmmədov və məşqçi Vurğun Cəfərov Zəhra İsayeva (29 kq), Gülü Zamanlı (33 kq), Xuraman Cavadzadə (37 kq), Firəngül Abbaszadə (41 kq), Banu Quliyeva (44 kq), Şəms Əlizadə (47 kq), Fatimə Həsənova (51 kq), Mehdi Budaqlı (33 kq), İlyas Hətəmli (37 kq), Riad Quliyev (41 kq), Fuad Məhərrəmli (45 kq), Bahadur Dostuyev (49 kq), Vasif Səlimov (53 kq), Abdulsübhan Dadaşlı (57 kq), Yunis Hüseynov (61 kq), Elcan Əliyev (65 kq) və Nihad Həsənova (+65 kq) şans verəcəklər.
Komandamız noyabrın 30-da Vətənə qayıdacaq.
Xatırladaq ki, Azərbaycan taekvondoçuları noyabrın əvvəlində Eyndhoven şəhərindəki açıq Niderland çempionatında 7 medal qazanıblar. Ümid edirik ki, idmançılarımız Maltada da yüksək nailiyyətlər əldə edəcəklər.

24 Noyabr 2022 05:48 - İDMAN
İDMAN
26 Noyabr 2022 | 04:29
Bakıda gimnastika yarışı
25 Noyabr 2022 | 03:05
Bakıda karate turniri

Köhnə versiyamızdan xəbərləri izlə