Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dörddəbir finalda...

Azərbaycan Peşəkar Futbol Liqasının (PFL) məlumatına görə, futbol üzrə ölkə kuboku yarışının səkkizdə-bir final mərhələsinə start verilib. 


Bildirilir ki, Binə qəsəbə stadionunda MOİK-lə qarşılaşan “Səbail” rəqibi üzərində 4:0 hesablı qələbə qazanıb. “Səbail”in qollarını Franko Mazurek, Ədilxan Qarəhmədov, Mirabdulla Abbasov və Maksim Çex vurublar. 
Azərbaycan kuboku uğrunda digər oyunda “Şamaxı” və “Turan Tovuz” komandaları üz-üzə gəliblər. Qarşılıqlı hücumlar şəraitində keçən gərgin mübarizə Tovuz təmsilçisi 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçdakı yeganə qolun müəllifi Natan Oduva olub.
Qəbələ şəhər stadionunda oynanılan günün sonuncu matçında “Araz-Naxçıvan”la qarşılaşan meydan sahibləri 5:0 hesabı ilə qalib gəliblər.  “Qəbələ”nin qollarını Məqsəd İsayev, Ramon Maçado, İsnik Alimi, Felipe Santos və Ülvi İsgəndərov vurublar.
Bununla da “Səbail”, “Turan Tovuz” və “Qəbələ” klubları yarışın dörddəbir final mərhələsinə yüksəliblər. “Səbail” növbəti mərhələdə "Sabah" - "Qaradağ Lökbatan" cütünün, “Turan Tovuz” isə “Kəpəz” – “Sumqayıt” duelinin qalibilə qarşılaşacaq. “Qəbələ” isə “Qarabağ”a rəqib olub.

24 Noyabr 2022 05:40 - İDMAN
İDMAN
26 Noyabr 2022 | 04:29
Bakıda gimnastika yarışı
25 Noyabr 2022 | 03:05
Bakıda karate turniri

Köhnə versiyamızdan xəbərləri izlə