Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni ölçü vahidləri

Beynəlxalq Vahidlər sisteminə yeni ölçü vahidləri əlavə edilib. Dünyanın ən böyük və ən kiçik ölçülərini ifadə etmək üçün Fransada bir araya gələn elm adamları səsvermə yolu ilə yeni ölçü vahidləri – ronna, quetta, ronto və quecto prefikslərini sistemə əlavə ediblər. 


Qeyd edək ki, sonuncu dəfə 1991-ci ildə  Beynəlxalq Vahidlər Sisteminə  zetta (1021) və yotta (1024) prefiksləri əlavə edilmişdi. İndiki dövrdə isə ölçü vahidlərinə tələbat gündən-günə artır. Xüsusən kimya sahəsində çoxlu sayda molekulyar birləşmələri ifadə etmək üçün sistemə yeni vahidlər əlavə edilib. Böyük Britaniyanın Milli Fizika Laboratoriyasının metrologiya şöbəsinin rəhbəri Riçard Braun bildirib ki, yeni prefikslərin adları sadəcə olaraq, R və Q hərflərinin başqa dəyərlər üçün istifadə edilməməsi ilə bağlıdır.
Yeni ölçü vahidləri bunlardır: Ronna-1027, Quetta-1030, Ronto-10-27,
Quecto-10-30. Göründüyü kimi, Ronna və Quetta daha böyük rəqəmləri, Ronto və Quecto isə daha kiçik rəqəmləri ifadə etmək üçün nəzərdə tutulub.
Yeni ölçü vahidləri olduqca böyük ölçüdə olan obyektlər haqqında fikirləri sadələşdirəcək. R.Braun bildirib ki, məsafədən çox kütləni nəzərə alsaq, Yerin çəkisi təxminən, altı ronnaqramdır.  Əvvəllər yottagram ilə ifadə olunan Yer kürəsinin yeni çəkisi 6 ronnagram olaraq qəbul edilir. 
Sonda onu da əlavə edək ki, yeni ölçü vahidləri hələ 20-25 il bundan sonra da elmin tələbatını ödəyəcək.

24 Noyabr 2022 05:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR
26 Noyabr 2022 | 03:54
Azərbaycan turizmi Polşada
26 Noyabr 2022 | 03:44
Arxası üstə uzanmağı unudun

Köhnə versiyamızdan xəbərləri izlə