Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hava proqnozu

Noyabrın 24-də
Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq. Gecə 9-12°, gündüz 14-17°, Bakıda gecə 10-12°, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət 60-70 faiz olacaq.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 0-5°, gündüz 13-18° isti olacaq. 
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 2-7°, gündüz 9-14° isti olacaq. 
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 2-7°, gündüz 9-14° isti olacaq. 
Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 7-12°, gündüz 14-19° isti olacaq. 
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı,Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 7-12°, gündüz 13-18°, dağlarda gecə 2-7°, gündüz 8-13° isti olacaq.
Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 8-12°, gündüz 15-20° isti olacaq. 
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 9-12°, gündüz 15-19°, dağlarda gecə 10-13°, gündüz 15-18° isti olacaq. 

24 Noyabr 2022 05:17 - EKOLOGİYA
EKOLOGİYA
26 Noyabr 2022 | 03:27
Hava proqnozu
25 Noyabr 2022 | 02:50
Hava proqnozu
24 Noyabr 2022 | 17:39
Sabahın hava proqnozu
24 Noyabr 2022 | 05:17
Hava proqnozu
23 Noyabr 2022 | 00:19
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə