Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Sahibsiz itlər”ə sahib çıxaq

Replika

Sahibsiz itlər mözvusu bir çox ölkələr üçün ciddi problemə çevrilib. Hər il minlərlə adamı it tutur. Biz də bu problemlə üz-üzəyik. Paytaxtımızın  şəhərətrafı ərazilərində sahibsiz itlərin sayı xeyli artıb. Müxtəlif mənbələrə görə, Bakıda 600 mindən çox belə it var. Əlbəttə, onlar də canlıdır, it kimi də olsa, yaşamaq haqları var.


Azərbaycan 1997-ci ildə Strasburqda “Heyvanların Muhafizəsi” ilə bağlı Avropa Konvensiyasına qoşulub. 2007-ci ildə ölkəmizdə bu barədə qanun qəbul olunub. Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə Balaxanı qəsəbəsində “Toplan” Heyvanlara Qayğı Mərkəzi yaradılıb. Əsas hədəf sahibsiz itləri toplayıb diaqnostik müayinəsini keçirmək, sağlamlıqlarına nəzarət etməkdir. Mərkəz-sığınacaqda bu heyvanlar qidalandırılır, sterilizasiya və peyvənd olunur.  
Bundan əlavə, Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi tərəfindən onların birkalanmasına başlanılıb.Qulağında birka olan itlər əvvəlcədən himayəyə götürülmüş, peyvənd olunmuş, quduzluğa qarşı vaksinasiya edilmiş və axtalanmış heyvanlardır. İdarənin rəisi Mübariz Hüseynovun sözlərinə görə, bir ayda orta hesabla 100-150 it birkalanaraq siyahıya alınır. 
Təbii ki, hey artıb törəyən sahibsiz itlərin əksəriyyəti nəzərdən qaçır, qayğıdan kənarda qalır, xəstələnir və insanlar üçün daha çox təhlükəli olur. Bəs, onda, nə etməli?..       
Saymazyana şəkildə sürü ilə gəzib dolaşan, səs-səsə verib hürüşən və insanlara hücum çəkən itlərdən uşaqlar daha çox qorxurlar. Məsələ yalnız itlərin quduz olub-olmamasında deyil. Bu heyvanların böyük əksəriyyəti əsasən baxımsız zirzəmilərdə, zibilliklərdə yaşayır və virus daşıyıcısı olurlar. Bakıda, Sumqayıtda əhalinin gur yerində, səkinin ortasında, necə deyərlər, heç nədən çəkinmədən uzanıb yatan itlərə də az rast gəlmirik. Onlar uşaqlarla bərabər, qadınlarda, qızlarda da vahimə yaradır. Yeni salınan yaşayış məntəqələrində it hücumuna məruz qalmaq riski daha böyük olur. Bu “dördayaqlı təhlükə” gecənin sakit saatlarında şəhərin lap mərkəzinə də gəlib çıxır. 
Məsələ burasındadır ki, heç bir it doğulanda vəhşi və ya təhlükə mənbəyi olmur. İnsanların yalnış bəsləmə üsulları, qəddar davranmaları, heyvanların xarici görünüşlərində edilən zorakı dəyişikliklər (qulaqlarının kəsilməsi və s.) onları “qəzəbli” edir. Yeri gəlmişkən, heyvan haqlarını pozmaq kimi tövsif olunan bu hərəkətlərə görə müvafiq cəza tədbirləri nəzərdə tutulub.  
Təbii ki, sahibsiz itlər probleminin həlli üçün bu heyvanları toplu şəkildə aradan götürmək, onlara zərər vermək yox, problemin həlli ilə bağlı səyləri artırmaq, sterilizasiyanı genişləndirmək tələb olunur.   
Görəsən, əlaqədar təşkilatlar bu barədə nə düşünürlər?

24 Noyabr 2022 05:11 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə