Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zibilliyə atılan rəsm 8,63 milyona satıldı

Dünya şöhrətli meksikalı rəssam Frida Kahlonun bir vaxtlar bəyənmədiyi və zibilliyə atdığı avtoportreti hərracda 8,63 milyon dollara satılıb. Belə ki, rəssamın  1933-cü ildə çəkdiyi  "Avtoportret. Çox kifir" (Autorretrato. Muy feo -ispanca) adını verdiyi və sonra atdığı rəsm  bu günlərdə ABŞ-ın Nyu-York şəhərindəki “Christie's” hərrac evində adı açıqlanmayan bir şəxs tərəfindən satışa çıxarılıb.


Qeyd edək ki, Frida Kahlonun nadir hallarda istifadə etdiyi,  freska üsulu  ilə çəkdiyi 27,3 santimetr ölçüsündə olan rəsminə 6-7 milyon dollararası təxmini qiymət qoyulmuşdu. Lakin əsər gözləniləndən baha - 8,63 milyon dollara satılıb. Məlum olub ki, Kahlonun atılan əsərini Lüsen Blox adlı dostu tapıb və onu gizlicə götürərək satıb.
Xatırladaq ki, 2021-ci ildə rəssamın “Dieqo və mən” adlı əsəri 34,9 milyon dollara satılmışdı. Həmin  şəkil rəssamın bu günə qədər ən yüksək qiymətə satılan əsəri sayılır.  Ümumiyyətlə, Frida Kahlo (1907-1954) 100-dən çox rəsm çəkib ki, onlardan bir çoxu xalis sürrealizmə aiddir. 
Meksikalı rəssamın rəsmləri bütün dünyaya səpələnmişdir: onlar muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır. 

 

24 Noyabr 2022 04:46 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
26 Noyabr 2022 | 03:21
100 milyard dollar ziyan
25 Noyabr 2022 | 03:22
BMT-də Ukrayna müzakirəsi
25 Noyabr 2022 | 02:47
Süni ətin satışına icazə

Köhnə versiyamızdan xəbərləri izlə