Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kolizeydən böyük gəmi

İtaliyanın “Pierpaolo Lazzarini” memarlıq şirkəti dünyanın ən böyük və ən bahalı gəmisinin inşa ediləcəyini bəyan edib. Tikintisi 2033-cü ildə başa çatacaq obyekt dünyadakı ən böyük üzən platforma olacaq.


Qeyd edilir ki, “Pangea” adını alacaq həddindən artıq iri yaxta nəhəng tısbağa şəklində inşa ediləcək. Qeyri-adi gəminin Romadakı Kolizey abidəsindən iki dəfə böyük olacağı gözlənilir. Maraqlıdır ki, nəhəng obyektin  içərisində otellər, restoranlar,  ticarət mərkəzləri də daxil olmaqla, rahat həyat üçün hər şey yaradılacaq.
Sözügedən gəminin uzunluğu 550 metr, eni isə 610 metr olacaq. Həmçinin, 30 metrlik üst quruluşa malik nəhəng korpus doqquz müxtəlif hissə və blokdan ibarət olacaq. Bundan əlavə, bəzi mərtəbələrdə müasir üslubda villalar, bəzilərində isə kafe və digər əyləncə obyektləri tikiləcək. Gəmi ilə bağlı planlara hətta təyyarələr üçün xüsusi platforma və dənizə çıxış üçün bir neçə mini-port da daxildir. Yaxtanın hazırlanmasının 8 milyard dollara başa gələcəyi vurğulanıb.
Dizaynerlərin planlaşdırdığı kimi, “üzən şəhər” 60 minədək qonağı qəbul edə biləcək. Yaxtanın Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki Kral Abdulla limanında tikiləcəyi bildirilib.

 

24 Noyabr 2022 04:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR
26 Noyabr 2022 | 03:54
Azərbaycan turizmi Polşada
26 Noyabr 2022 | 03:44
Arxası üstə uzanmağı unudun

Köhnə versiyamızdan xəbərləri izlə