Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İranlı futbolçulardan etirazçılara dəstək

İranda 22 yaşlı Məhsa Əmininin müəmmalı ölümündən sonra kütləvi etiraz aksiyaları davam edir. Hökumətin aksiyaçılara qarşı sərt davranışına və geniş zorakılıq hallarına baxmayaraq, etirazlara qoşulanların sayı günbəgün artmaqdadır.  


Mərkəzi ofisi ABŞ-da yerləşən İnsan Haqları Fəalları Xəbər Agentliyinin yaydığı məlumata görə, bu günədək aksiyalar zamanı öldürülənlərin sayı 434-ə çatıb, 17 mindən artıq insan saxlanılaraq polis idarələrinə aparılıb. Saxlanılanlara qarşı zorakılıq və qəddarlıq halları barədə xarici KİV-də informasiyalar yayılır. Son məlumatlara görə, etirazlar artıq 150-yə qədər şəhər və qəsəbəni əhatə edir. İştirakçılar hökumət və dini liderlər əleyhinə şüarlar səsləndirir, onları istefaya çağırırlar. 
İki gün əvvəl iranlı futbolçular da etirazlara dəstək olaraq Dünya Kuboku çərçivəsində İngiltərə ilə oyundan əvvəl milli himni oxumaqdan imtina ediblər. Matçı izləyən bəzi azarkeşlər isə himn səslənərkən müxtəlif şüarlar səsləndirib, üzərində "Qadın, Həyat, Azadlıq" yazılmış lövhələr qaldırıblar. İranın dövlət televiziyası himnə qarşı laqeydliklə bağlı kadrları kəsərək nümayiş etdirməyib. 
Məsələyə münasibət bildirən Böyük Britaniya parlamenti xarici əlaqələr komitəsinin rəhbəri Alisia Cairns dövlət himninin oxunmamasını “cəsur siyasət” adlandırıb və bildirib ki, İran milli komandasının futbolçuları Britaniyadan sığınacaq istəsələr, onlara bu dəstəyi mütləq təmin etməyə çalışmalıyıq.
Dünən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bu ölkədə baş verənlərə münasibət bildirib: “İranda etiraz aksiyalarında çox sayda insanın həlak olmasına görə təəssüflənirik”.

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

24 Noyabr 2022 04:21 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
26 Noyabr 2022 | 03:21
100 milyard dollar ziyan
25 Noyabr 2022 | 03:22
BMT-də Ukrayna müzakirəsi
25 Noyabr 2022 | 02:47
Süni ətin satışına icazə

Köhnə versiyamızdan xəbərləri izlə