Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yaponiya hərbi potensialını artırır

İndiyədək özünün siyasətində “yumşaq güc” amilinə sadiq olmuş Yaponiya son illərdə hərbi potensialını kifayət qədər artırmaq iddiasındadır. Bu sahədə Tokio ABŞ və NATO ilə sıx əməkdaşlıq edir. 


Mütəxəssislərin bu günlərdə hökumət başçısı Fumio Kisidaya təqdim etdikləri hesabatdan məlum olur ki, ölkə raket arsenalının artırılmasını da perspektiv vəzifə kimi həll etməkdədir. Sənəddə yaxın dörd il ərzində ABŞ-dan qanadlı raketlər (Tomahawk) alınması və ölkədə raket istehsalının modernləşdirilməsi ilə bağlı təkliflər irəli sürülür. Hökumət təklifi bəyənib və bu əsasda potensial rəqiblərin qarşısını almağı nəzərdə tutur. 
Bəs bu ölkələr hansılardır? Yaponiyanın müdafiə üzrə Ağ kitabında qeyd olunur ki, bunlar Şimali Koreya, Çin və Rusiyadır. Ekspertlərin fikrincə, Tokio artıq hərbi münaqişə riskini artırmaqdadır. Ukrayna hadisələri fonunda Yaponiya da hücum təhdidi ilə üzləşdiyini elan edə bilər. Hərbi mütəxəssislərin sözlərinə görə, Yaponiyanın öz raket sənayesini artırması qonşu ölkələrin bu sahədə yeni istehsal növləri yaratması ilə bağlıdır. 

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

 

24 Noyabr 2022 04:11 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
26 Noyabr 2022 | 03:21
100 milyard dollar ziyan
25 Noyabr 2022 | 03:22
BMT-də Ukrayna müzakirəsi
25 Noyabr 2022 | 02:47
Süni ətin satışına icazə

Köhnə versiyamızdan xəbərləri izlə