Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyəyə yeni raket zərbələri

PKK-nın Suriya qanadı olan YPG terrorçuları yenidən Türkiyə ərazisini hədəfə alıb. Dünən Suriyanın şimalından Türkiyə ərazisinə 3 raket atılıb. Raketlər Öncüpınar Sərhəd Qapısı bölgəsindəki boş əraziyə düşüb. Hücum nəticəsində ölən və yaralanan olmayıb. Məlumatı “Anadolu” verib. 


Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib. Müdafiə naziri Hulusi Akar bildirib ki, ölkənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemləri artıq istismara hazırdır. Əgər ölkənin hava məkanı üçün təhlükə yaranarsa, bir saat ərzində S-400-lər işə düşəcək: “Hər hansı təhdid olduğu zaman ölkəmizin müdafiəsini harada quracağımıza qərar verəcək və gedib quracağıq”.
Akar ABŞ-dan F-16 qırıcılarının alınması məsələsinin Pentaqon tərəfindən dəstəkləndiyini də bildirib: “Əks təqdirdə, təbii ki, digər planlarımız var”.
ABŞ Milli Təhlükəsizlik Şurasının təmsilçisi Con Kirbi də YPG-PKK terrorçularının təhdidlərinə toxunaraq təsdiq edib ki, Türkiyə cənub sərhədlərində terror təhlükəsi ilə üzləşib və  özünü qorumaq hüququ var. 

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

 

24 Noyabr 2022 04:06 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
26 Noyabr 2022 | 03:21
100 milyard dollar ziyan
25 Noyabr 2022 | 03:22
BMT-də Ukrayna müzakirəsi
25 Noyabr 2022 | 02:47
Süni ətin satışına icazə

Köhnə versiyamızdan xəbərləri izlə