Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya şöhrətli bəstəkarın Nyu-York təntənəsi

Fikrət Əmirov – 100

ABŞ-dakı Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə Nyu-Yorkun məşhur “Karnegi holl” salonunda dünya şöhrətli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyinə həsr olunmuş “Dostluq körpüsü” adlı konsert keçirilib. 


Musiqi məclisini giriş sözü ilə açan Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin yaradıcısı və prezidenti Nərgiz Əliyarova Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, simfonik muğam janrının banisi, mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etmiş Fikrət Əmirovun həyat  və yaradıcılığı barədə məlumat verib.
Konsertdə Nyu-York Beynəlxalq Virtuozlar Orkestrinin müşayiəti ilə Azərbaycan, türk və yəhudi bəstəkarlarının əsərləri tanınmış pianoçu, Azərbaycanın Əməkdar artisti, professor Nərgiz Əliyarovanın və skripka ifaçısı Aleksandr Markovun ifasında səsləndirilib. Konserti tanınmış maestro, Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Münhen Yeni Filarmoniyasının və Azərbaycan Dövlət Kamera Orkestrinin baş dirijoru, Azərbaycanın əməkdar artisti Fuad İbrahimov idarə edib.
Yubiley konsertinin iştirakçıları Fikrət Əmirovun “Azərbaycan kapsiççiosu”, Fikrət Əmirov və Elmira Nəzirovanın “Fortepiano və orkestr üçün ərəb mövzuları əsasında konsert" (ABŞ premyerası), Cerri Brubeykerin oranjemanında “Corc tərəfindən Gerşvin”, Faruk Kancanın Terrada səs” və Feliks Mendelsonun “E minorda skripka ilə orkestr üçün konsert” əsərlərinin ifasını alqışlarla qarşılayıblar.  

 

“Xalq qəzeti”

24 Noyabr 2022 03:55 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə