Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gender bərabərliyi mövzusunda təlim

Tovuz Gənclər Evində qurumun direktoru, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) və Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) üzvü Rauf Rüstəmovun moderatorluğu ilə gender bərabərliyi mövzusunda təlim keçirilib.


Qadın güləşi üzrə 4 qat Olimpiya mükafatçısı, 2 qat dünya, 8 qat Avropa çempionu Mariya Stadnik, AİJA prezidenti, Əməkdar jurnalist Eldar İsmayılov, AİJA və AİPS üzvü “Olimpsport” jurnalının baş redaktoru Ramin Allahverdiyev tədbir iştirakçılarını salamlayaraq təlimin önəmini vurğulayıblar.
Gənc mütəxəssis Təbriz Qasımovun müxtəlif fəaliyyət sahələrində və məişətdə gender balansının qorunmasına dair təlimi maraqla dinlənilib. Qonaqlar salona toplaşan gənc və yeniyetmələr arasında maraqlı söhbətlər aparıb, onların suallarını cavablandırıb, xatirə fotoları çəkdiriblər. Sonda Tovuz Olimpiya-idman Kompleksi ilə tanışlıq olub. Burada əhalinin müxtəlif təbəqələrinin maraq dairəsinə uyğun yüksək şəraitə diqqət yetirilib.

 

“Xalq qəzeti”

24 Noyabr 2022 03:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR
26 Noyabr 2022 | 03:54
Azərbaycan turizmi Polşada
26 Noyabr 2022 | 03:44
Arxası üstə uzanmağı unudun

Köhnə versiyamızdan xəbərləri izlə