Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Peşəyönümü məsləhət karyera inkişafına dəstəkdir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən cari ilin 10 ayında 40 minə yaxın şəxsə düzgün peşə seçimi və karyera inkişafına dəstək məqsədilə peşəyönümü məsləhət xidməti göstərilib.

Onlardan 1600 nəfəri “Alo Karyera” dəstək xidməti çərçivəsində, 38,3 minə yaxını agentliyin Regional Məşğulluq filialları tərəfindən peşəyönümü məsləhət xidmətlərinə cəlb olunub. Həmin şəxslər karyera planlaması, düzgün ixtisas/peşə seçimi, iş axtarışı yolları, CV, istək məktubunun hazırlanması, müsahibəyə hazırlıq kimi mövzular barədə məlumatlandırılıb.
Agentliyin Mərkəzi Karyera filialı tərəfindən Bakıda və bölgələrdə vebinarlar, konfranslar, karyera sərgiləri və yarmarkalar da təşkil olunub. İşsiz şəxslər, şagirdlər, tələbələr, abituriyentlər və digər iştirakçıların qatıldığı tədbirlərdə ümumilikdə 16 minə yaxın şəxsə peşəyönümü xidməti göstərilib. Agentlik tərəfindən, eyni zamanda, yeniyetmə və gənclərin müasir əmək bazarı barədə məlumatlılığının və peşələrə marağının artırılması, əmək bazarının tələblərinə uyğun peşə seçiminə dəstək məqsədilə Peşələr Festivalı keçirilib. 
Ölkənin 10 rayon və şəhərini əhatə edən festival çərçivəsində 29 min 700-dən çox  iştirakçıya qeyd olunan istiqamətlərdə məlumatlar verilib. 

 

Z.HÜSEYNOVA, “Xalq qəzeti”

24 Noyabr 2022 02:59 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə