Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vahid əlaqələndirmə mərkəzlərində 66 mindən çox şəxsə xidmət göstərilib

Prezident İlham Əliyevin 25 iyun 2021-ci il tarixli Fərmanı ilə yaradılan vahid əlaqələndirmə mərkəzlərində ötən dövrdə 66 132 şəxsə xidmət göstərilib.

Bu barədə "Xalq qəzeti"nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

DOST mərkəzlərində, həmçinin Gəncə şəhərində, Masallı, Ucar, Şəmkir, Qusar və Salyan rayonlarında ümumilikdə 48 rayon və şəhər üzrə şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və əlilliyi müəyyən edilmiş şəxslərə xidmət göstərən 11 vahid əlaqələndirmə mərkəzi fəaliyyət göstərir. 

Bu mərkəzlərdə 5 mərkəzi icra hakimiyyəti (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi) və 48 yerli icra hakimiyyəti üzrə 26 xidmət “bir pəncərə”dən, operativ və şəffaf, vətəndaş məmnunluğu prinsipi əsasında təqdim edilir. 

Həmin xidmətlərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya, müalicə, müayinə və s. üzrə xidmətlər daxildir. 

23 Noyabr 2022 12:16 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə