Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni Azərbaycan Partiyasının regionlarda fəaliyyətinə diqqət artırılmışdır

Tarixi reallıqlar göstərir ki, Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yolu keçmişdir.  Səmərəli fəaliyyəti ilə  ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanıb. Ulu öndər Heydər Əliyevin 1993-2003-cü illərdə hakimiyyəti dövründə Azərbaycanda elə bir sahə olmadı ki, diqqətdən kənarda qalsın. Bir zamanlar xəyal edilən nəhəng iqtisadi layihələr həyata keçirildi. Heydər Əliyevin siyasi iradəsi və peşəkar diplomatik fəaliyyəti sayəsində “Əsrin müqaviləsi” imzalandı, eləcə də Bakı-Tbilisi-Ceyhan layihəsi reallaşdı.

 

Cənab Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkənin inkişafı və güclənməsi istiqamətində gördüyü işlərin ən parlaq nəticəsi isə heç şübhəsiz ki, Qarabağın düşmən tapdağından azad edilməsi və bu torpaqlarda yenidənqurma və bərpa işlərinə sürətlə  aparılmasıdır.

 

Qarabağ zəfəri, Azərbaycanın iqtisadi inkişafı, ölkə başçısının dövlət və ordu quruculuğu sahəsində illərdir apardığı siyasətin məntiqi nəticəsidir. Azərbaycan 2020-ci il tarixində qısa bir zaman ərzində böyük bir qələbəyə imza ataraq öz gücünü bütün dünyaya sübut etmişdir.

 

Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin YAP-ın 30 illik yubiley tədbirindəki nitqini hər birimiz proqram sənədi kimi qəbul etdik. Qurultay regional  partiya  təşkilatları qarşısında mühüm vəzifələr qoydu.

 

Biz  rayon təşkilatlarının rəhbərləri yerlərdə bu vəzifələrin icrası üçün bütün qüvvələrimizi səfərbər etməliyik.

 

Ötən illər ərzində   rəhbərlik etdiyim YAP Qubadlı rayon təşkilatının üzvləri üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün var  qüvvəmizlə  çalışmışıq. YAP-ın sonuncu qurultayından ötən dövr ərzində  müxtəlif istiqamətlər üzrə 173 müxtəlif səpgidə tədbir keçirmişik. Postmüharibə dövründə YAP Qubadlı Rayon Təşkilatı  35-dən çox  şəhid ailəsi ilə fərdi görüş keçirmiş, eyni zamanda, Qubadlı Rayon İcra Hakimiyyəti ilə birlikdə şəhidlərimizin anım və doğum günlərində iştirak etmiş və bununla əlaqədar tədbirlər təşkil etmişik. Məlumat üçün bildirim ki, təşkilatımız 87 ərazi partiya təşkilatlarında 3867 nəfər partiya üzvünü özündə birləşdirir. Təkcə bu il əksəriyyəti gənclərdən ibarət 138 nəfər partiyamızın sıralarına qəbul edilib. Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi ilə bağlı Qubadlı rayon təşkilatı respubilka üzrə keçirilən 30 illik yubleyimizlə baglı futbol turnirində 2 nəfərlə  Zəngəzur komandasını təmsil etmiş, şahmat turnirinə 2 nəfər,  güləş idman turnirində komanda şəklində qoşulmuşlar.

 

Qubadlı rayon Təşkilatının ərazi ilk partiya təşkilatlarında 30 illik yubleylə baglı yığıncaqlar təşkil edilmişdir. Partiyanın fəal üzvlərinə partiya dəyərlərinin təbliğində və ictimai proseslərdə aktiv iştirak etdikləri üçün təşəkkürnamə verilimişdir. Növbəti bu qəbildən olan tədbirlər çərçivəsində ağacəkmə aksiyası keçirmişdir.  Ağacəkmə aksiyası Qubadlı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə  Sumqayıt stansiyasında  məcburi köçkünlər üçün tikilmiş şəhərçik ərazisində salınan parkda reallaşdırılmışdır.

 

Eyni zamanda, rayon icra hakimiyyətinin başçısı, YAP Qubadlı rayon təşkilatı idarə heyətinin üzvü Malik İsaqovun rəhbərliyi ilə rayonumuzda bir çox uğurlara imza atılmışdır.

 

Təhsil sahəsində ugurlar qazanaraq ötən tədris ilində Qubadlı rayonu ali məktəblərə qəbul imtahanları nəticələri üzrə respubilkada birinci yeri tutmuşdur. Bu da rayon rəhbərliyinin zamanında təhsilə göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir. Belə ki rayonda fəaliyyət göstərən 32 məktəbin 22-i yenidən təmir-bərpa ediımiş və yaxud da yenisi tikilmişdir.  Sumqayıt şəhərində fəaliyyət göstərən Qubadlı rayonu səhiyyə müəssisəsi yenidən təmir-bərpa olunaraq müasir avadanlıqlarla təchiz olunmuşdur. Sumqayıt şəhərində yerləşən 28 May Mədəniyyət Evi tam əsaslı şəkildə təmir-bərpa edilərək yenidən istifadəyə verilmişdir.

 

Demək olar ki, köçkünlük həyatını yaşayan qubadlılar ücün Sumqayıt şəhərində Qubadlı şəhərciyi salınmışdır. Həmçinin rayon icra-hakimiyyəti tərəfindən şəhid ailələrinə və qazilərə mütəmadi olaraq qayğı göstərilir və onların problemləri və istəkləri ilə yaxından  və yüksək həssaslıqla maraqlanılır.

 

Qubadlıya ilk qayıdışın başlanğıcı olaraq rayon ərazisində hüquq mühafizə orqanları, Aqrar İnkişaf Mərkəzi, Azərsun, Azər işiq, və Yol tikinti, digər xidmətsahələri gərgin fəaliyyət göstərirlər.  İlk dəfə olaraq Qubadlı alrcıları   öz doğma  yurdlarında bal məhsulu istehsal etməyə  başlayıblar.

 

Cənab Prezident  İlham Əliyevin ömür-gün yoldaşı və ən yaxın silahdaşı olan Azərbaycan Respublikasının Birinci vitse -prezidenti, Heydər Əliyev Fondunun sədri və Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva öz növbəsində ölkəmizin hərtərəfli tərəqqisi istiqamətində görülən işlərə tövhələr verir. O, doğma Vətənin ən böyük təəssübkeşlərindən biri, xalqımızın xoşbəxt gələcəyinə hesablanan bir çox layihələrin müəllifi olmaqla yanaşı, birinci xanım adını şərəflə daşıyır, dünyaya müasir Azərbaycan qadınının qürur doğuran obrazını təqdim etməkdədir.

 

Bir daha əminliklə demək istəyirəm ki,  ulu öndər Heydər Əliyevin ideya və arzuları yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyətində əbədiyyətə qədər yaşayacaq, qoyub getdiyi böyük əməlləri daim bizlərə örnək olacaqdır. Daima inkişaf edən, yeni tarixi qalibiyyətlərlə zəngin ana Vətənimiz Azərbaycan Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Yeni Azərbaycan Partiyanın sədri, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək!

 

Təhmasib Rüstəmov.

Yeni Azərbaycan Partiyası Qubadlı

rayon təşkilatının sədri

23 Noyabr 2022 10:36 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə