Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qənirə Paşayeva ziyalıları yubileyləri münasibəti ilə təbrik edib

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “Xan Xəzinəsi” Kitab Evinin qurucususu, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şair Xan Rəsuloğlu,  “VisionTV” internet televiziyasının baş redaktoru, telejurnalist Şöhrət Eldəniz, AYB və  AJB-nin  üzvü, şair-publisist Vahid Aslan və şair, müəllim Famil Hacısoyu ilə görüşüb və onları (müvafiq olaraq 60, 50, 50 və 60 illik) yubileyləri münasibəti ilə təbrik edib.

Milli Məclisin Mədəniyyət Komitəsində baş tutan görüşdə yubilyarların yaradıcılıq uğurları, planları və qayğıları ilə tanış olan komitə sədri, onlara yeni yaradıcılıq uğurları diləyib, ürək sözlərini bölüşüb. Q.Paşayeva Xan Rəsuloğlu, Şöhrət Eldəniz, Vahid Aslan və Famil Hacısoya Mədəniyyət komitəsi adından Təbrik məktubu təqdim edib. Məktublarda yazarların həyat və fəaliyyətinin ən önəmlə məqamları, yaradıcılıq və ictimai fəaliyyət uğurları vurğulanıb.

Görüşdə ədəbi-mədəni həyat, ədəbi nəşrlər, kitab bayramları, fiziki imkanları məhdud insanlar üçün müxtəlif ədəbi layihələr və başqa mövzularda ətraflı fikir mübadiləsi aparılıb.

Yubilyarlar öz kitablarını imzalayaraq Qənirə Paşayevaya bağışlayıblar.

 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

22 Noyabr 2022 14:51 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə