Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Oftalmologiya Mərkəzində növbəti buynuz qişa transplantasiyası əməliyyatları həyata keçirilib

19-20 noyabr 2022-ci il tarixdə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində növbəti buynuz qişa transplantasiyası əməliyyatları həyata keçirildi.

Bu barədə "Xalq qəzeti"nə Milli Oftalmologiya Mərkəzindən məlumat verilib.

İki gün davam edən əməliyyatlarda müxtəlif patologiyalı 21 xəstəyə buynuz qişa köçürüldü. Qeyd edək ki, əməliyyat texnikasının çətinliyini və həcmini nəzərə aldıqda ölkəmizdə bir ilk olaraq bir gündə 13 xəstəyə buynuz qişa transplantasiyası əməliyyatı icra edildi.

Əməliyyatlar dr. Həsənov Cəmil tərəfindən həyata keçirilib. Əməliyyatda anestezioloq Haqverdiyev Fərhan, əməliyyat tibb bacısı Cəfərova Esmira, anestezist tibb bacıları Mövlamlı Fidan və Nadirova Xəyalə iştirak edib.

22 Noyabr 2022 10:40 - SƏHİYYƏ
SƏHİYYƏ
19 Yanvar 2023 | 01:16
Sutkada 75 yoluxma
15 Yanvar 2023 | 13:09
Zəncəfil: nə vaxt və necə?

Köhnə versiyamızdan xəbərləri izlə