Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 401-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1526 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 401-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1526 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1391; 2022, № 7, maddə 725, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 27 oktyabr tarixli 1867 nömrəli Fərmanı) 1-ci hissəsindəki cədvəldə aşağıdakı dəyişikliklər edilsin:

1.1.       1.11.6.16-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:

1.11.6.16

“Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxs

120,000,000.0

120,000,000.0

 1.2.  aşağıdakı məzmunda 1.11.6.17-ci yarımbənd əlavə edilsin:

1.11.6.17

“Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılması

43,000,000.0

43,000,000.0

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 noyabr 2022-ci il

17 Noyabr 2022 23:09 - FƏRMANLAR
FƏRMANLAR

Köhnə versiyamızdan xəbərləri izlə