Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ərəb Media Forumunun prezidentinin BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə onlayn görüşü keçirilib

Küveytdə fəaliyyət göstərən Ərəb Media Forumunun prezidenti Madi Əl Xamis Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri ilə onlayn formatda görüşüb.

 

Görüşdə ərəb ölkələrində medianın tarixi inkişaf yolu və hazırkı vəziyyəti, Azərbaycan və ərəb ölkələri mediası arasındakı əlaqələr, jurnalistikanın nəzəri əsasları, müasir meylləri, həmçinin Madi Əl Xamisin müəllifi olduğu "Jurnalistikanın on qızıl qaydası" kitabı ilə bağlı müzakirələr aparılıb.

 

Görüşün əvvəlində qonağa Jurnalistika fakültəsində həyata keçirilən təlim-tədris prosesi haqqında qısa məlumat verilib. O da vurğulanıb ki, 2022-ci il Azərbaycanda "Şuşa ili" elan edilib və il ərzində ölkədə, eləcə də BDU-da müxtəlif tədbirlər təşkil olunub.

 

Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının təşkilatçılığı ilə baş tutan görüşə BDU-nun rəhbərliyi, fakültə dekanlığı və Azərbaycanın Küveytdəki səfirliyi təşkilati dəstək verib.

 

Qeyd edək ki, Ərəb Media Forumunun prezidenti Madi Əl Xamis 2021-ci ilin noyabrında Bakıda səfərdə olub.

15 Noyabr 2022 16:17 -
29 Yanvar 2023 | 12:13
Sumqayıtda şair məclisi

Köhnə versiyamızdan xəbərləri izlə