Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası və Beynəlxalq Kanoe Assosiasiyasının prezidentləri arasında görüş olub

Beynəlxalq Kanoe Assosiasiyasının prezidenti Albert Vuds Azərbaycan Milli Olimpiya Komitəsinin yaranmasının 30 illik yubileyi ilə bağlı Bakıda səfərdə olub. Səfər çərçivəsində A.Vuds ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) rəhbərliyi arasında görüş keçirilib.

Federasiyadan "Xalq qəzeti"nə bildiriblər ki, görüşdə AKAF-ın rəhbəri Vüqar Əhmədov beynəlxalq assosiasiyanın prezidenti ilə müxtəlif mövzularda fikir mübadiləsi aparıb.

Görüş zamanı A.Vudsa Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın ölkəmizdə idmana və idmançılara göstərdiyi qayğı barədə məlumat verilib. Qeyd olunub ki, müstəqilliyin bərpasından sonra Azərbaycan idmançıları çoxsaylı beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, həmçinin Olimpiya Oyunlarında həm digər idman növləri, həm də avarçəkmə üzrə yüksək nailiyyətlər əldə ediblər. Eyni zamanda, avarçəkmə idman növünün hazırkı inkişaf mərhələsindən söhbət açılıb. Bildirilib ki, AKAF cari ildə bir neçə yarış təşkil edib. Bu yarışlar arasında mayın 6-7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Prezident kuboku” yarışı və oktyabrın 21-23-də keçirilən “Mingəçevir Reqatası” beynəlxalq turnirlərdir.

A.Vudsla AKAF-ın gələcək fəaliyyət planları haqqında da müzakirələr aparılıb. Qarşılıqlı görüşdən məmnunluğunu ifadə edən Qonaq AKAF-ə gələcək fəaliyyətində uğur arzu edib. Təşkil olunacaq beynəlxalq yarışlarda dəstək olacaqlarını nəzərə çatdırıb.

15 Noyabr 2022 17:40 -
29 Yanvar 2023 | 12:13
Sumqayıtda şair məclisi

Köhnə versiyamızdan xəbərləri izlə