Ən son xəbərlər
Hörmətli cənab Prezident!
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq. Zati-alinizə möhkəm cansağlığı, rifah və xoşbəxtlik diləyirik.
Fürsətdən istifadə edərək, yarandığı gündən etibarən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz davamlı dəstəyə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Sizin sayənizdə cəmi altı il ərzində dünyada tanınmış təşkilatlardan birinə çevrilib. Biz qəti əminik ki, Sizin dəstəyinizlə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi daha da inkişaf edəcək və Azərbaycanın milli qürur mənbəyi kimi, eləcə də sülhün, dözümlülüyün, dialoqun və qarşılıqlı anlaşmanın təşviqi üçün bir platforma olaraq fəaliyyət göstərəcəkdir.
Cənab Prezident, xahiş edirik Sizə olan yüksək ehtiramımızı qəbul edəsiniz.
Sizinlə VII Qlobal Bakı Forumunda görüşümüzü səbirsizliklə gözləyirik.
Səmimiyyətlə,
Vayra Vike-Freyberqa
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti
İsmail Serageldin
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1992-2000-ci illərdə
Dünya Bankının vitse-prezidenti
Marianna Vardinoyannis
ELPİDA Assosiasiyasının prezidenti, UNESCO-nun xoşməramlı səfiri
Əmr Musa
2001–2011-ci illərdə
Ərəb Dövlətləri Liqasının
baş katibi
Boris Tadiç
2004–2012-ci illərdə
Serbiyanın Prezidenti
Petar Stoyanov
1997–2002-ci illərdə
Bolqarıstanın Prezidenti
Zlatko Laqumdziya
2001-2002-ci illərdə
Bosniya və Herseqovinanın
Baş naziriİvo Yosipoviç
2010–2015-ci illərdə
Xorvatiyanın Prezidenti
Rosen Plevneliyev
2012–2017-ci illərdə
Bolqarıstanın Prezidenti
Katerina Yuşşenko
2005–2010-cu illərdə
Ukraynanın birinci xanımı
Jan Baderşneyder
2000–2013-cü illərdə “Exxon Mobil” şirkətinin vitse-prezidenti
Eka Tkeşelaşvili
2010–2012-ci illərdə Gürcüstanın
Baş nazirinin müavini
Noelen Heyzer
2007–2015-ci illərdə
BMT baş katibinin müavini
Köhnə versiyamızdan xəbərləri izlə