Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“8 Mart” adına Mədəniyyət evində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin “8 Mart” adına Mədəniyyət evində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Bu barədə "Xalq qəzeti"nə idarənin Mətbuat xidmətindən məlumat verilib.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin aparıcısı H.Aysu gələn qonaqları salamlayaraq tədbiri açıq elan edib.

Tədbirdə Suraxanı Rayon İcra Nümayəndə sədri V.Sədai, Kənd Ağsaqqallar Birliyinin sədri Hacı Vaqif Alxasov, kəndin axundu Hacı Qulam,Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov, Veteranlar Birliyinin üzvü, Birinci Qarabağ müharibəsi qazisi T.Fikrət, AZTV QSC-nin əməkdaşı Ə.Hatəm, “Uğurlu yol” qəzetinin təsisçisi İlyas Rzayev, jurnalist X.Ələddin,Yeni Suraxanı qəsəbəsinin ictimai fəallarından olan Q.Əliağa iştirak ediblər.

Tədbirdə çıxış edənlər 44 günlük Vətən Müharibəsindən, igid oğullarımızın qəhramanlığından söhbət açıblar.

Mədəniyyət evində fəliyyət göstərən “Atəşgah” poeziya dərnəyinin üzvləri şeir kompozisiyaları ilə, “Azad” rəqs qrupunun solistləri müxtəlif rəqslərlə çıxış ediblər.

Tədbirin sonunda Mədəniyyət evinin direktoru V.Rəfiyeva  qonaqları Zəfər Günü münasibətilə təbrik edərək, tədbirin fəal iştirakçılarını diplomlarla təltif edib.

12 Noyabr 2022 12:51 -

Köhnə versiyamızdan xəbərləri izlə