Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Göyçay Suvarma Sistemləri İdarəsi 2019-cu ilə mal-materialların və maşın-mexanizmlər üçün ehtiyat hissələrinin satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 2 (iki) lot üzrə keçirilir.
Lot – 1. Maşın-mexanizmlər üçün ehtiyat hissələrinin satınalınması.
Lot – 2. Mal-materialların satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlılığı və s. barədə müvafiq sənədləri təqdim etməlidirlər.
Tenderdə iştirak etmək istəyənlər lotlar üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Göyçay şəhəri, B.Mirzəyev küçəsi 23 nömrəli ünvandan (əlaqələndirici şəxs L.M.Əliyevdən, tel - (02027) 4-89-79) ala bilərlər.
İştirak haqqı hər bir lot üçün 50 manatdır.
Təşkilat: Göyçay Suvarma Sistemləri İdarəsi
Hh: 2351301
VÖEN: 6000148471
Bank: “Kapital Bank”ın Göyçay filialı
Kod: 200792
VÖEN: 9900003611
Mh: AZ37 NABZ 201350100000000001944
S.W.İ.F.T.B.İ.K AİİBAZ2 X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
– tenderdə iştirak etmək üçün yazılı müraciət;
– tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
– tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar (arayışların əsilləri və tarixləri tender elanından sonra olmalıdır);
– iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (forma – 1 və forma – 2);
– iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
– iddiaçının analoji işlərdə təcrübəsi, potensial texniki və kadr imkanları haqqında məlumat;
– iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
– iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 (iki) nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 15 yanvar 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş, ikiqat zərfdə 23 yanvar 2019-cu il saat 17.00-a qədər Göyçay şəhəri, B.Mirzəyev küçəsi 23 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 24 yanvar 2019-cu il saat 12.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

Tender komissiyası

20 Dekabr 2018 22:20 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə