Ən son xəbərlər
Lot-1. Mexaniki və elektrik avadanlıqlarının satınalınması.
Lot-2. Tikinti materiallarının satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 100 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən Subartezian Quyularının İstismarı İdarəsindən (əlaqələndirici şəxs- Y.Səfərovdan, telefon: 22-22-6-84) ala bilərlər.
Alan bank: Dövlət Xəzinədarlığı
Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
Mh: AZ 41 NABZ 01360100000000003944
SWİFT BİK: CTREAZ-22
Alan təşkilat:Beyləqan SQİİ Baş Dövlət Xəzinədarlığı H/H: 2354102
VÖEN:3900214101
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifinin dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidirr).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 11 yanvar 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 21 yanvar 2019-cu il saat 18.00-a qədər Beyləqan rayonunun 1-ci Şahsevən kəndində yerləşən Subartezian Quyularının İstismarı İdarəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 22 yanvar
2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası
Köhnə versiyamızdan xəbərləri izlə