Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neftçala Suvarma Sistemləri İdarəsi 2019-cu il üçün AÇIQ TENDER ELAN EDİR

Lot - 1. Mexanizmlər və nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin, materialların və  sürtkü yağlarının satınalınması.
Lot - 2. Nasos, mexaniki və elektrik avadanlıqlarının təmiri üçün  ehtiyat hissələri və materialların  satınalınması.
Lot - 3. Təmir-tikinti işləri üçün mal-materialların satınalınması.
Lot - 4. Cari və əsaslı təmir işlərinin satınalınması.
Tender iştirakçılarına təklif  olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: -aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və  maliyyə vəziyyəti.
 Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 50 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Neftçala şəhəri, VII  məhəllədə yerləşən Neftçala  Suvarma Sistemləri İdarəsindən (əlaqələndirici şəxs- P.S.Mehnətovdan, telefon- 02126-3-30-45) ala bilərlər.
Təşkilat: Neftçala SSİ
 VÖEN: 6500023981
Hh: AZ 95 AİİB 32051019446400201164
VÖEN: 6500017871
Bank: “Kapital bank”ın Neftçala filialı
Kod: 200640
VÖEN: 9900003611
Mh: AZ 37 NABZ 01350100000000001944
 S. W. İ. F. T.BİK AİİBAZ 2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
 İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifinin dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki  tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
 İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 11 yanvar 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 21 yanvar 2019-cu il saat 18.00-a qədər Neftçala şəhəri, VII məhəllədə yerləşən Suvarma Sistemləri İdarəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 22 yanvar  2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

19 Dekabr 2018 23:13 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə