Ən son xəbərlər
“Azərkosmos” ASC poçt daşıma xidmətlərinin satınalınması məqsədilə kotirovka sorğusu keçirir və bu sahə üzrə ixtisaslaşmış şirkətləri qeyd olunan sorğuda iştiraka dəvət edir. Qiymət kotirovkaları qapalı zərfdə imzalanıb möhürlənərək Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi 72, M5 nömrəli ünvanda yerləşən “Azərkosmos” ASC-yə 2019-cu il yanvarın 4-ü Bakı vaxtı ilə saat 18.00-dək təqdim olunmalıdır. Bu müddətdən gec təqdim olunan zərflər qəbul edilməyəcəkdir. Təklif zərfləri 2019-cu il yanvarın 7-si Bakı vaxtı ilə saat 11.00-da qeyd olunan ünvanda açılacaqır. Zərflərin açılışı ilə bağlı iclasda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər nümayəndələrinin adına etibarnamə təqdim etməlidirlər. Kotirovka təklifi zərflərin açılışı günündən başlayaraq ən azı 30 bank günü ərzində qüvvədə olmalıdır.
Köhnə versiyamızdan xəbərləri izlə