Ən son xəbərlər
Texnoloji yeniliklərin geniş vüsət alması, bu sahədəki şirkətlərin əldə etdikləri nəticələr heyrət doğurmaqdadır. Bir çox insanlar bu yaxınlarda “WiFi 6”ya keçdi. Bəziləri bu keçiddən xəbərsizdir. Xəbəri olanların müəyyən hissəsi isə “WiFi 6E” haqqında eşitməyib.
Ən maraqlısı isə budur ki, üfüqdə “WiFi 7” görünməkdədir. Belə ki, texnoloji yeniliklərə imza atmağa davam edən “MediaTek” şirkəti “WiFi 7” əsasında smartfonların 2024-cü ildə peyda ola biləcəyini açıqlayıb. Bu arada “Qualcomm”, “Broadcom” və “Intel” kimi aparıcı simsiz rabitə istehsalçıları yeni texnologiyanı dəstəkləyən qurğular üçün çiplərin hazırlanmasını sürətləndiriblər.
“WiFi 7”-yə gəldikdə isə bu, “IEEE 802.11b” kimi tanınan yeni WiFi standartıdır. Bu standartda yeddinci nəsil WiFi “WiFi 6” və “WiFi 6E” üzərində əhəmiyyətli təkmilləşdirmələr aparılır. Yeni standartın daha etibarlı, sürətli, aşağı gecikmə müddətini təmin etməyə daha uyğun olacağı, daha çox əlaqəni dəstəkləyəcəyi gözlənilir. Onun nəticələrinin əyləncə və biznes sektoruna təsir baxımından ciddi rol oynayacağı proqnozlaşdırılır.
Ümumən, “WiFi 7” “WiFi 6”-dan 3-4, “WiFi 5”-dən 13 dəfə sürətlidir. Bir məsələ də var ki, yeni texnologiyadan yararlanmaq üçün smartfonlarda, noutbuklarda və digər cihazlarda da dəyişikliklər labüddür.
Qəzənfər QASIMOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə