Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Vietnam Airlines" aviaşirkətinə məxsus təyyarə sərnişinin səhhətinin pisləşməsi ilə əlaqədar Bakıya enib

"Vietnam Airlines" aviaşirkətinin Frankfurt-Xoşimin reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. Buna səbəb sərnişinin səhhətinin qəfil pisləşməsi olub.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib ki, "Boeing B787" təyyarəsi yerli vaxtı ilə saat 21:11-də Bakı hava limanına uğurla eniş edib.

Təyyarə eniş etdikdən sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib.

6 Oktyabr 2022 23:20 - İQTİSADİYYAT
İQTİSADİYYAT
26 Noyabr 2022 | 11:37
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə