Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pensiya, əlillik və digər sahələr üzrə sənədlərin e-arxivləşdirilməsi işləri aparılır

Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində son illər aparılan köklü islahatlar çərçivəsində bu sahələr üzrə idarəçilik və xidmətlərin elektron infrastrukturu, sosial ödənişlərin e-təyinat mexanizmləri yaradılıb. Eyni zamanda, hazırda bu sahələr üzrə sənədlərin elektron arxivləşdirilməsi işləri də aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu barədə nazirlikdə arxiv, inventarizasiya işinin təşkili və kağız daşıyıcılarda olan sənədlərin e-arxivləşdirilməsi istiqamətində görülən işlərə dair iclasda bildirilib.

Arxivə təhvil verilmiş sənədlərin sistemləşdirilməsi, etibarlı saxlanması və uçotunun təşkilinin, mövcud sənədlərin mütəmadi inventarizasiyasının vacibliyi və bu sahədə ardıcıl işlərin aparıldığı qeyd edilib.

Elektronlaşdırma proqramının arxivləşdirmə sahəsini də əhatə etdiyi, pensiya, əlillik və s. işlər üzrə kağız daşıyıcılar üzərindəki məlumatların elektronlaşdırılması işlərinin davam etdirildiyi bildirilib.

İclasda arxiv işinin təşkili sahəsində görülmüş işlərə dair təqdimat edilib. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialında arxivə təhvil verilmiş sənədlərin sistemləşdirilməsi, kağız daşıyıcıda olan pensiya işlərinin səliqəli və etibarlı şəkildə saxlanması vəziyyətinə dair məlumatlar verilib.

Eyni zamanda, pensiya, əlillik və s. üzrə kağız daşıyıcılar üzərində olan məlumatların elektronlaşdırılaraq müvafiq e-sistemlərə, o cümlədən pensiya işlərinin “Pensiya” altsisteminə inteqrasiya olunması prosesindən bəhs olunub. Həmin sahələrdə görülən işlər müzakirə edilib.

6 Oktyabr 2022 20:39 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə