Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq sərgidə azərbaycanlı rəssamın əsərləri nümayiş olunur

Budapeşt şəhərindəki Balna Mərkəzində 2011-ci ildən etibarən təşkil edilən beynəlxalq “Art Market Budapest” adlı növbəti illik sərginin açılışı olub.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, sərgidə Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin dəstəyi və Türkiyənin Gülər Sənət Qalereyasının təşkilatçılığı ilə azərbaycanlı rəssam Bəhruz Quliyevin rəsm əsərləri də nümayiş olunur. Rəssamın əsərləri sırasında “Xarıbülbül” adlı rəsmi xüsusi yer tutur. Rəsmdə Qarabağda dağıdılmış abidələrimizi ehtiva edən hissə və 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərin simvolu - Xarıbülbül əks olunub.

Qeyd edək ki, Mərkəzi və Şərqi Avropanın ən böyük sərgisi olan “Art Market Budapest”ə 40 ölkədən və 5 qitədən iştirakçılar qatılır. Oktyabrın 9-dək davam edəcək sərgidə 30 mindən çox beynəlxalq və yerli ziyarətçilərin iştirakı gözlənilir.

6 Oktyabr 2022 20:15 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə