Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı İstilik Elektrik Mərkəzinin magistral xətlərində təmir işləri aparılıb

2022-2023-cü il payız-qış mövsümi ilə əlaqədar “Azəristiliktəchizat” ASC-nin tabeliyində olan Bakı İstilik Elektrik Mərkəzinin magistral xətlərində təmir işləri aparılıb.

 Mərkəzdən verilən məlumata görə, magistral xəttin İEM-dən çıxan hissəsində - I kompensatrda diametri 720 mm olan 9 metr, II kompensatrda isə eyni diametrdə 1,5 metr istilik xətti və bir ədəd dirsək dəyişdirilib. “Azpetrol” MMC-nin həyətyanı sahəsindən keçən hissədə isə 720 mm diametri olan 60 metr yeni boru və bir ədəd dirsək dəyişdirilib. Müşfiq qəsəbəsində 720 mm-lik təqribən 10 metr boru və bir ədəd dirsək dəyişdirilib. 8 noyabr prospektindən keçən magistral istilik xəttində həyət evinin ərazisindən keçən hissədə 720 mm 27.5 metr boru və bir ədəd dəyişdirilib. O cümlədən, kimyəvi təmizləmə sexinin həyətyanı sahəsindən keçən hissədə 27 metrdən uzun boru, Cavanşir küçəsi ilə Ramiz Quliyev küçəsinin kəsişməsində 720 mm-lik 2 ədəd dirsək və 4,5 metr boru, Mənzil Kommunal İstisma Sahəsinin yaxınlığından keçən hissədə isə 11,6 metr boru dəyişdirilib.

Bakı İstilik Elektrik Mərkəzi 15 məntəqəyə və bir yüksəldici nasos stansiyana qulluq edir. Mərkəz 197 yaşayış binası, 13 bağça, 6 məktəb, 4 səhiyyə obyekti və 101 digər obyekti, eləcə də büdcə təşkilatı olan 3 obyeki istiliklə təchiz edir.

6 Oktyabr 2022 19:33 -
25 Noyabr 2022 | 12:08
“STP” MMC tender keçirir

Köhnə versiyamızdan xəbərləri izlə