Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

TƏBİB-in xəstəxanalarında ödənişli xidmətlərin siyahısı və tarifləri təsdiqlənib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrində əhaliyə icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olmayan ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin və sığortaolunmayan şəxslərə göstərilən tibbi xidmətlərin siyahısı və tarifləri təsdiqlənib.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, sənəd TƏBİB-in Müşahidə Şurasının 2 nömrəli Protokolu ilə təsdiqlənib.

Xatırladaq ki, icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2 550 sayda tibbi xidmətdən bütün ölkə vətəndaşları ödənişsiz şəkildə istifadə edə bilərlər. Bunun üçün vətəndaşların TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə şəxsiyyət vəsiqəsi ilə müraciət etmələri kifayətdir.

Siyahı və tariflərə bu link vasitəsilə baxa bilərsiz:  https://its.gov.az/uploads/law/156/701894.pdf

6 Oktyabr 2022 18:08 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə