Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəhid Səfiyar Məmmədovun ailəsi ziyarət olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin İdarə Heyətinin sədri Anar Bayramov sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan Səfiyar Məmmədovun ailəsini ziyarət edib.

Bu barədə "Xalq qəzeti"nə Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli döyüş yolundan danışılıb. Onun xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb.

Xüsusi Təyinatlı Qüvvələrin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Səfiyar Məmmədov Prezident İlham Əliyevin Sərəncamları ilə “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Hərbi Xidmətdə Fərqlənməyə görə” medalları ilə təltif edilib. Həmçinin Türkiyədə keçirilən birgə təlimlərdə Türkiyə Respublikasının “Yurtda Sülh, Cahanda Sülh” medalı ilə də təltif olunub.

Ailənin sosial vəziyyəti ilə maraqlanılıb. Şəhid ailəsinin bundan sonra da sosial dəstək tədbirləri ilə əhatə olunacağı qeyd olunub.

6 Oktyabr 2022 15:24 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə